Logo
news content
User
Kateqoriyalar

Xəbər

Almaniyada vətəndaşlıq almaq üçün şərtlər asanlaşdırıla bilər

Bundestaqda hakim koalisiya quran Almaniya Sosial Demokrat Partiyası və "İttifaq 90/Yaşıllar" Almaniya vətəndaşlığının alınmasını asanlaşdırmağı, o cümlədən ikili vətəndaşlıq imkanının verilməsini planlaşdırır.

Bu barədə "Reuters" agentliyi koalisiya sazişinə isitinadən bildirib.

Sazişdə qeyd olunub: "Biz vətəndaşlığın alınması ilə bağlı müasir hüquq sistemi yaradırıq. Bu məqsədlə biz çoxsaylı [ikili] vətəndaşlığı mümkün olacağın təmin edəcəyik və Almaniya vətəndaşlığının alınmasını sadələşdirəcəyik".

Vətəndaşlıq almaq üçün Almaniyada yaşama müddətinin səkkiz ildən beşə endirilməsi gözlənilir. Həmçinin əcnəbilərdən doğulan uşaqların vətəndaşlığa qəbulu ilə bağlı müddəalara yenidən baxılması nəzərdə tutulur:

"Almaniyada əcnəbi valideynlərdən doğulan uşaqlar, valideynlərdən biri Almaniyada qanuni olaraq beş il yaşadığı halda, doğulanda Almaniya vətəndaşı olur".(Trend)