Logo
news content
User
Kateqoriyalar

Xəbər

Almaniya Ukraynaya 9 milyardlıq yardım paketinə niyə əngəl törədir?

Almaniya hökuməti bir aydır ki, Ukraynaya Avropa İttifaqı ölkələrindən 9 milyard avroluq maliyyə yardımı paketini əngəlləyir.

Bu barədə informasiyanı İtaliyanın “Corriere della Sera” nəşri anonim mənbələrə istinadən yayıb.

Mənbə yazır ki, Almaniyanın maliyyə naziri Kristian Lindner Avropa Komissiyasının Kiyevi Avropanın ümumi borcundan xilas etmək planlarına qarşı çıxır. Bu vəsait bir vaxtlar qlobal COVID-19 pandemiyasının təsirlərini aradan qaldırmaq üçün nəzərdə tutulmuşdu.

Nəşrin məlumatına görə, Ukrayna hakimiyyəti öz ölkəsinin iqtisadiyyatı və ordusu üçün ehtiyacı 5 milyard dollar dəyərində qiymətləndirir.

Bundan başqa, Ukrayna bu ilin sentyabrında ölkənin iflasını (defolt) elan edəcək.

Məqalə müəllifləri onu da qeyd edirlər ki, Almaniyanın mövqeyi Ukraynanın qəzəbinə və məyusluğuna səbəb olur. Kiyev hesab edir ki, Almaniya pul köçürmələrini ona görə ləngidir ki, gələcəkdə Avropaya təbii qaz tədarükünə zəmanət verəcək anti-Rusiya sanksiyalarının bir hissəsindən yan keçməyə ümid edir.

Bundan əvvəl, iyulun 7-də bildirilmişdi ki, Avropa Komissiyasının büdcə orqanları Kiyevin borcunu ödəyə bilməyəcəyi qorxusu səbəbindən Avropa İnvestisiya Bankı vasitəsilə Ukraynaya 1,5 milyard avroluq yeni kreditin ayrılmasına mane olub.

CMS şirkətlər qrupunun maliyyə analitiki Vladimir Saqalaevin “İzvestiya”ya verdiyi məlumata görə, Kiyev əvvəllər orduya ildə 5,28 milyard dollar xərcləyirdi, indi isə Ukrayna Silahlı Qüvvələrinin maliyyələşməsi təkcə bir ayda 4,4 milyard dollara yüksəlib. Ölkənin bir aylıq büdcəsi 8,46 milyard dollara bərabərdir.
O, qeyd edib ki, Kiyevin bu qədər pulu əldə etmək üçün mənbəyi yoxdur, xüsusən də ölkə iqtisadiyyatı iflic vəziyyətinə düşüb. Onun fikrincə, kreditin yeni tranşını bloklamaq qərarı bu baxımdan məntiqli görünür.