Logo
news content
User
Kateqoriyalar

Xəbər

Aktauda görüş: Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə Transxəzər dəhlizinin inkişafı üzrə Yol Xəritəsi qəbul edib

Bakı/25.11.22/Turan: Cümə günü Aktau şəhərində Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının görüşü  Transxəzər dəhlizinin  Yol Xəritəsinin qəbulu ilə başa çatıb.

Tərəflər beynəlxalq nəqliyyat marşrutlarının sürətləndirilmiş inkişafı və Xəzər-Qara dənizi regionunda əməkdaşlığın möhkəmləndirilməsi üzrə tədbirləri müzakirə ediblər və razılaşdırıblar, bu barədə Qazaxıstan XİN-in məlumatında deyilir.

Qazaxıstan nümayəndələri Xəzər regionunun tranzit-nəqliyyat potensialının artırılması və infrastrukturunun inkişafı zərurətini qeyd ediblər. Transxəzər dəhlizinin potensialının artırılması üçün konkret qərarların qəbul edilməsi təklif olunub.

Tədbirin yekunlarına görə tərəflər 2022-2027-ci illər üçün problemlərin aradan qaldırılması və "Orta dəhliz"in inkişafı üzrə Yol Xəritəsini imzalayıblar.

Razılaşmaların həyata keçirilməsi 2025-ci ilə qədər Transxəzər dəhlizinin buraxılış qabiliyyətini ildə hazırki 1,5 mln. tondan 10 mln. tona qədər artırmağa imkan verəcək, deyə məlumatda qeyd edilir.