
Aİ-nin Ermənistandakı missiyası sosial şəbəkədəki postundan “soyqırımı” sözünü çıxarıb
25 Aprel 2025
Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası sosial şəbəkələrdə qondarma “erməni soyqırımı”na həsr olunmuş paylaşımdan “soyqırımı” sözünü çıxarıb.
Bu barədə Ermənistan KİV-i məlumat verir.
Qeyd edək ki, missiya əvvəlcə “X” sosial şəbəkəsində “soyqırımı” sözünün işlədildiyi paylaşım edib, lakin bir neçə saat sonra bu ifadəni silərək, onu “1915-1923-cü illər qurbanlarının xatirəsi” ilə əvəzləyib.