Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ağdamda traktor minaya düşüb

Ağdamda yol çəkən texnika minaya düşüb.

Hadisə Ağdamın işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində baş verib. KON markalı traktor tank əleyhinə minaya düşüb. Nəticədə texnikaya ciddi ziyan dəyib. İlkin məlumata görə, sürücü xəsarət almayıb.

Hadisə yerinə ANAMA- nın əməkdaşları cəlb olunub.