Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Ukraynaya yeni yardım paketi ayırdı - “Stinger” raketləri və döyüş sursatları veriləcək

Cümə günü Bayden administrasiyası Ukraynaya 125 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb. TURANın Vaşinqtondakı müxbiri xəbər verir ki, buraya “Stinger” raketləri, hava hücumundan müdafiə raketləri, artilleriya sursatları və s. daxildir.

Dövlət katibi Antoni Blinken verdiyi açıqlamada bildirib ki, hərbi yardım prezident Co Baydenin Ukraynaya "öz xalqını və şəhərlərini Rusiyanın hücumlarından qorumaq və cəbhə xəttlərini gücləndirmək" üçün aprel ayında əlavə milli təhlükəsizlik sazişi imzalamasından bəri 10-cu tranş olacaq.

“Prezident Baydenin açıqladığı kimi, ABŞ və beynəlxalq koalisiya Ukraynanı dəstəkləməyə davam edəcək”, o əlavə edib.

Bu, Ukrayna qüvvələrinin Kursk bölgəsində daha da şərqə doğru irəlilədiyi bir vaxtda baş verir”.

Rusiya torpağımıza müharibə gətirdi, o, nə etdiyini hiss etməlidir”, – prezident Vladimir Zelenski jurnalistlərə deyib.