Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Ukraynadakı münaqişənin tərəfinə çevrilir - Rusiya XİN

“ABŞ-ın rəsmi Kiyevə təsiri o həddə çatıb ki, Vaşinqton getdikcə Ukraynadakı münaqişənin tərəfinə çevrilir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru Aleksandr Darçiyev TASS-a müsahibəsində bildirib.

Darçiyevin sözlərinə görə, Vaşinqtonun Kiyevə təsir dərəcəsi bütün təsəvvür edilən sərhədləri aşır:

“Genişmiqyaslı hərbi və maliyyə yardımı, həmçinin, Zelenski rejiminə mənəvi dəstəkdən əlavə, amerikalılar getdikcə daha çox münaqişənin birbaşa tərəfinə çevrilirlər”.

O, əlavə edib ki, Ukrayna rəsmiləri belə hər hansı bir addımı atarkən ABŞ qərar qəbuletmə mərkəzlərinin razılığı ilə həyata keçirirlər. Bu səbəbdən diplomatın fikrincə, ABŞ-la “Ukrayna işi” ilə bağlı dialoq aparmaq problemlidir.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirmişdi ki, Vaşinqton getdikcə Ukraynadakı münaqişəyə cəlb olunur və Moskva ilə təhlükəli qarşıdurma xəttinə yaxınlaşır.