Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ narahatdır: "Raptor"lar havaya qaldırılıb

ABŞ-nin “F-22” (Raptor) qırıcıları İranın və İran dəstəkli qrupların yaratdığı təhdidlərə qarşı hərəkətə keçib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

“ABŞ Hava Qüvvələrinə aid ”F-22" qırıcıları İran və İran dəstəkli qrupların yaratdığı təhdidlərə cavab vermə tədbirləri çərçivəsində 8 avqustda ABŞ Mərkəzi Komandanlığı məsuliyyət sahəsinə çatıb", - deyə məlumatda vurğulanıb.