Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Konqresi 430 milyard dollarlıq paketi təsdiqlədi

ABŞ Konqresinin Nümayəndələr Palatası inflyasiyanın azaldılmasına yönəlmiş paketi təsdiqləyib.

Bu, hakimiyyət orqanları tərəfindən 430 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutan paketdir

Senat bu paketi keçən həftə təsdiqləyib. Hazırda sənəd imzalanması üçün ABŞ Prezidenti Co Baydenə təqdim ediləcək.

755 səhifəlik mətndən ibarət qanun layihəsi federal büdcə kəsirinin azaldılması, ictimai səhiyyə xərclərinin azaldılması və iqlim dəyişikliyi ilə mübarizə də daxil olmaqla bir sıra tədbirləri əhatə edir.

Bundan əlavə, iri korporasiyaların vergilərinin artırılması nəzərdə tutulur ki, bu da təklif olunan proqramlar üçün lazım olan vəsaiti qismən təmin etməlidir.

ABŞ hakimiyyəti bütün bu tədbirlərin gələcəkdə ölkədə inflyasiyanı azaldacağını gözləyir.