Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ İranı hədələdi - Cavab sərt olacaq

“ABŞ və müttəfiqləri Tehranın Moskvaya ballistik raketlər ötürəcəyi təqdirdə İrana qarşı sanksiyaları sərtləşdirməyə hazırdır”.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bəyan edib.

“Biz və tərəfdaşlarımız həm Yeddilik Qrupunun, həm də NATO-nun bu yay sammitlərində aydın şəkildə ifadə etdiyimiz kimi, İran ballistik raketlərin ötürülməsi baxımından irəliləyəcəyi təqdirdə, birlikdə tez və güclü şəkildə Tehrana cavab verməyə hazırıq. Çünki, bu, İranın Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə dəstəyinin köklü şəkildə artması demək olardı”, - deyə o qeyd edib.