Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ İrana qarşı sanksiyaları ləğv etməyə hazırdır - daimi nümayəndə

Vaşinqton Tehranın nüvə razılaşmasının bərpası üzrə Vyanada keçirilən danışıqlara məsuliyyətlə yanaşacağı təqdirdə, Birgə Hərtərəfli Fəaliyyət Planında (BHFP) üzərinə götürdüyü öhdəliklərə zidd olan sanksiyaları ləğv etməyə hazırdır.

Bunu BMT Təhlükəsizlik Şurasının iclası zamanı ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

"Biz BHFP çərçivəsində öhdəliklərimizə uyğun gəlməyən sanksiyaları ləğv etməyə tam hazırıq və bu, İrana razılaşmadan iqtisadi fayda əldə etməyə imkan verəcək", - deyə daim nümayəndə bildirib.

Diplomat əlavə edib ki, İran Vyana danışıqlarına "təcili formada və xoş niyyətlə" yanaşarsa, BHFP-nin müddəalarına əməl etməyə qayıtmaq üçün qarşılıqlı anlaşma tamamilə mümkündür.

"Bununla belə, biz İranın nüvə proqramını sürətləndirməsinə imkan verə bilmərik", - deyə Linda Tomas-Qrinfild əlavə edib.(Trend)