Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ İrana qarşı hərbi əməliyyatı bərpa edib, Hörmüz boğazında SEPAH-ın obyektlərinə endirilir

ABŞ Silahlı Qüvvələri bu gün Hörmüz boğazında İran obyektlərinə kütləvi zərbələr endirməyə başlayıb.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.

"Bu gün Şərq vaxtı ilə saat 12:00-da ABŞ Silahlı Qüvvələri İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektlərinə zərbələr endirməyə başlayıb. Zərbələr SEPAH tərəfindən Hörmüz boğazındakı kommersiya gəmiçiliyinə və regionda yerləşdirilmiş Amerika hərbçilərinə qarşı son hücum cəhdlərinin ardınca endirilib", - bəyanatda qeyd olunub.