Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ İran neftinin ticarəti ilə əlaqəli gəmi və şirkətlərə sanksiyalar tətbiq edib

ABŞ İranın neft və neft-kimya məhsullarının qeyri-qanuni ticarəti ilə əlaqəli kölgə donanmasına aid 15 təşkilat, 2 fiziki şəxs və 14 gəmiyə sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Qeyd edilib ki, bu fəaliyyətdən əldə olunan gəlirlər İran tərəfindən dünyanın müxtəlif regionlarında və ölkə daxilində destruktiv əməllərin maliyyələşdirilməsi üçün istifadə olunur.

"İran sanksiyalardan yan keçməyə, bu cür repressiv əməlləri maliyyələşdirmək üçün neft və neft məhsullarından gəlir əldə etməyə çalışdıqca ABŞ həm İran rejimini, həm də onun tərəfdaşlarını məsuliyyətə cəlb etmək üçün tədbirlər görməyə davam edəcək", - bəyanatda qeyd olunub.

Vurğulanıb ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evin hazırkı administrasiyası tərəfindən həyata keçirilən maksimum təzyiq kampaniyası çərçivəsində İranın enerji daşıyıcılarının qeyri-qanuni tədarükünü bundan sonra da azaltmaq niyyətindədir.