Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-ın üçüncü aviadaşıyıcı gəmisi CENTCOM-un məsuliyyət zonasına daxil olub

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus nüvə enerjili “Theodore Roosevelt” aviadaşıyıcı gəmisi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olub.

Bu barədə “Axios” portalının və İsrailin 12-ci telekanalının müxbiri Barak Ravid adı açıqlanmayan ABŞ rəsmisinə istinadən “X” hesabında yazıb.

Onun sözlərinə görə, hazırda CENTCOM-un sərəncamında üç aviadaşıyıcı gəmi var.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığının əməliyyat məsuliyyəti zonasına əsasən Yaxın Şərq və Şimali Afrika daxildir. Daha əvvəl “The New York Times“ qəzeti “Theodore Roosevelt” aviadaşıyan gəmisinin noyabrın 16-da Yaxın Şərqə çataraq bölgədəki digər iki aviadaşıyıcı gəmiyə qoşulacağını xəbər vermişdi.