8 dəqiqədən bir sirli siqnallar göndərən “ölü” ulduz aşkarlandı
16 Noyabr 2026
Yerdən 5 min işıq ilindən çox uzaqlıqda yerləşən, hər 8 dəqiqədən bir müəmmalı radiosiqnallar yayan ölü ulduz aşkar edilib.
Bu barədə Beynəlxalq Radio Astronomiya Tədqiqatları Mərkəzinin (ICRAR) alimləri məlumat yayıb.
Tədqiqatçılar müəyyən ediblər ki, GPM J071507−114153 adlandırılan ulduz sistemi iki göy cismindən ibarətdir. Onlardan biri nüvə yanacağını tükəndirmiş, son dərəcə sıx ağ xırda, digəri isə Günəşə bənzər ulduzdur.
Araşdırmanın ən maraqlı məqamı radio siqnallarının məhz ağ olan ulduzun yaxınlığından, yaxud onun özündən qaynaqlandığının müəyyən edilməsidir.
Alimlər araşdırma zamanı 100 saatdan çox radio müşahidəsinin məlumatlarını təhlil ediblər. Müşahidələr nəticəsində Günəşə bənzər ulduzda güclü maqnit aktivliyi və ulduz səthindən yüksələn plazma strukturları da aşkarlanıb.
Tədqiqatçılar bildirirlər ki, bu kəşf Süd Yolunda mənşəyi hələ tam izah olunmayan müəmmalı radio siqnallarının öyrənilməsində yeni imkanlar yaradır.
Araşdırmanın nəticələri “Nature Astronomy” elmi jurnalında dərc olunub.