Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-ın daha bir ştatında atışma: Ölənlər var...

ABŞ-da Pensilvaniya ştatının Pittsburq şəhərində atışma nəticəsində iki yeniyetmə ölüb, daha 9 nəfər yaralanıb.Иbu barədə şəhər polisi məlumat yayıb.

Polisin ilkin araşdırmasına görə, icarəyə götürülən mülkdə çoxu azyaşlı olan 200-ə qədər adamın iştirakı ilə ziyafət təşkil edilib.

Qapalı məkanlarda 50-yə qədər, çöldə isə daha bir neçə atəş açılıb. Zərərçəkənlərin xəstəxanaya yerləşdirildiyi qeyd edilir.

Polis hadisə yerinə gəldikdən sonra da atəş açılıb. Xeyli gəncin həmin məkandan uzaqlaşdığı görülüb.