Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ hərbi təyyarəsi Qəşm adasında raket qurğusunu məhv edib

ABŞ-a məxsus hərbi təyyarə özünümüdafiə məqsədilə zərbə endirərək İranın Qəşm adasında yerləşən raket buraxılış qurğusunu məhv edib.

Bu barədə “Axios” portalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, zərbə İran qüvvələrinin ABŞ-ın regiondakı hərbi qüvvələrinə qarşı yer-hava tipli raketlərdən istifadə etməsinə cavab olaraq həyata keçirilib.

Qeyd edim ki, “Reuters“ və “Associated Press“ də ABŞ-ın Qəşm adasına zərbə endirdiyini təsdiqləyən məlumatlar yayıb.

***

04:24

İranın cənubunda yerləşən Qəşm adasında beş partlayış səsinin eşidildiyi bildirilir.

Bu barədə İranın rəsmi İRNA xəbər agentliyi məlumat yayıb.

Məlumatına görə, partlayışların gücü zərbələrin ada ərazisindəki obyektlərə dəymiş ola biləcəyini ehtimal etməyə əsas verir. Bəzi sakinlər isə adanın səmasında iki təyyarə müşahidə etdiklərini bildiriblər.

Bundan əlavə, İranın Fars xəbər agentliyi Hörmüzqan əyalətinin Bəndər-Ləngə şəhəri istiqamətindən, dəniz tərəfdən partlayış səslərinin eşidildiyini xəbər verib.

Hadisələrin səbəbi hələlik məlum deyil. Partlayışların hava zərbələri, yoxsa dənizdə baş verən başqa insidentlərlə bağlı olduğu dəqiqləşdirilməyib.