Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-də atışmada 5 hərbçi yaralanıb


ABŞ-ın Corciya ştatında yerləşən Fort-Styuart hərbi bazasında naməlum şəxs tərəfindən atəş açılıb.

Bu barədə “Associated Press“ agentliyi məlumat yayıb.

Silahlı insident nəticəsində beş hərbçi yaralanıb, hərbi obyekt qismən bağlanıb.

"Fox News" telekanalına istinadən xəbər verir ki, atəş açan şəxs ABŞ ordusunun serjantı olub.

“Hazırda vəziyyəti qiymətləndiririk, lakin atəş açılması ilə bağlı insidentin baş verdiyini təsdiqləyə bilərik”, – deyə bazanın nümayəndəsi, polkovnik-leytenant Endjel Tomko bildirib.

Hadisənin səbəbləri və xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.

Agentliyin qeyd etdiyinə görə, Fort-Styuart ABŞ-ın ən iri hərbi bazalarından biridir və burada minlərlə hərbçi xidmət edir.