Logo
news content
User
Kateqoriyalar

Xəbər

Abramoviç və daha 6 oliqarx - Qara günləri başladı

İngiltərənin "Çelsi" klubunun rusiyalı sahibi Roman Abramoviç Böyük Britaniyanın sanksiyalarına məruz qalıb. Səbəb Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir.

Hökumətin açıqlamasında bildirilib ki, Abramoviçin aktivləri dondurulacaq, ona Britaniyanın fiziki və hüquqi şəxsləri ilə əməliyyat keçirməsi qadağan ediləcək.

Abramoviçin səfərlərinə və uzun yol qət etməsinə də sanksiya qoyulub.

London təmsilçisi xüsusi lisenziya ilə işləyə biləcək. Klubun satışı hələlik dayandırılıb. "Zadəganlar"a bilet satışına da icazə verilməyəcək. Komandanın oyunlarına yalnız abunəsi olan şəxslər gələ bilərlər.

Abramoviçdən əlavə sanksiyalar siyahısına Oleq Deripaska, İqor Seçin, Andrey Kostin Aleksey Miller, Nikolay Tokarev və Dmitri Lebedevin adları salınıb.