Logo
news content
User
Kateqoriyalar

Xəbər

"60 dəqiqəlik təmiz vaxt sistemi..." - FİFA-dan yeni təklif

Futbol oyunlarında təmiz vaxt sistemi tətbiq oluna bilər.

FİFA və İFAB bununla bağlı araşdırmalar aparır.

Bunu sabiq FİFA referisi Mark Klattenburq açıqlayıb.

O bildirib ki, hər qaşılaşmanın təmiz 60 dəqiqədən ibarət olması nəzərdən keçirilir:

“Biz hakimlər bilirik ki, artırılan vaxt mübahisəli məsələdir. Hesabda öndə olan komanda az, uduzan tərəf çox vaxtın əlavə edilməsinin tərəfdarıdır. Bunun həlli yolu isə matçların təmiz 60 dəqiqədən ibarət olmasıdır. Hazırda Pyerluici Kollina, FİFA və İFAB bu məsələni araşdırır. Basketbolda belə qayda işləyir və futbolda da faydalı ola bilər. Belə olsa, hər qarşılaşma eyni qədər davam edəcək və biz narazılıqlardan qurtulacağıq”.

Qeyd edək ki, cari mövsüm İngiltərə Premyer Liqasında top orta hesabla hər matçda 55 dəqiqə 3 saniyə oyunda olub./Apasport