Logo
news content
User
Kateqoriyalar

Xəbər

2022-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Qurumun rəsmi saytında verilən məlumata görə, siyahıda 20 futbolçu yer alıb.

Namizədlər oyunçuların il ərzindəki göstəricilərinə əsasən seçilib. Qətərdə keçirilən dünya çempionatı da nəzərə alınıb. Qalib 2023-cü ilin yanvarında səsvermə nəticəsində bəlli olacaq.

İlin ən yaxşısı adına namizədlər aşağıdakılardır:












































































































FutbolçuÖlkəsiKlubu
Kilian MbappeFransaPSJ
Antuan QrizmannFransa“Atletiko”
Olivye JiruFransa“Milan”
Kərim BenzemaFransa“Real”
Luka ModriçXorvatiya“Real”
Marselo BrozoviçXorvatiya“İnter”
Fil Fodenİngiltərə“Mançester Siti”
Harri Keynİngiltərə“Tottenhem”
Bruno FernandeşPortuqaliya“Mançester Yunayted”
Kevin De BruyneBelçika“Mançester Siti”
Robert LevandovskiPolşa“Bavariya”/“Barselona”
Erlinq HaalandNorveç“Borussiya” Dortmund/“Mançester Siti”
Lionel MessiArgentinaPSJ
Vinisyus JuniorBraziliya“Real”
Alfonso DeyvisKanada“Bavariya”
Əşrəf HakimiMərakeşPSJ
Nordin AmrabatMərakeş“Fiorentina”
Sadio ManeSeneqal“Liverpul”/“Bavariya”
Məhəmməd SalahMisir“Liverpul”
Son Hın-MinCənubi Koreya“Tottenhem”

Qeyd edək ki, 2021-ci ilin ən yaxşı futbolçusu Robert Levandovski seçilib.