2 həftəlik müharibə - Ukrayna artıq 100 milyardlıq ziyan görüb
11 Mart 2022
"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ölkəyə 100 milyard dollardan çox ziyan vurub".
UNİAN xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Oleq Ustenko bildirib.
Müşavir deyib ki, müharibədən sonra ölkəni uzun bərpa prosesi gözləyir.
Ustenkonun sözlərinə görə, vəziyyət əslində hər kəsin təsəvvür edə biləcəyindən daha ağırdır:
"Bütün dünyada Rusiya nefti və qazına tam embarqo tətbiq edilməlidir. Bu, qan puludur".
Zelenskinin müşaviri, həmçinin qeyd edib ki, Ukraynada müharibə səbəbindən müəssisələrin 50%-i bağlanıb, qalanları isə öz imkanları hesabına işləyir.