100 ildə ilk dəfə: Nümayəndələr Palatası birinci turda spiker seçə bilməyib
04 Yanvar 2023
ABŞ Konqresinin Nümayəndələr Palatası birinci turda spiker seçə bilməyib.
Bu barədə “RT” məlumat yayıb.
Respublikaçılar Partiyasının lideri Kevin Makkarti seçilmək üçün ilk turda kifayət qədər səs toplaya bilməyib.
Bu hal 100 ildə ilk dəfədir baş verib.
Maraqlıdır ki, Kevin Makkarti seçkilərin ikinci və üçüncü turun nəticələrinə görə də əksəriyyətin dəstəyini ala bilməyib.
Onun əsas rəqibi - Demokratlar Partiyasının namizədi Hakim Cefris 212, Makkarti isə respublikaçıların aşağı palata üzərində nəzarətinə baxmayaraq, cəmi 203 səs toplayıb. Qələbə qazanmaq üçün 218 səs toplamaq lazım idi.
Ümumilikdə 19 respublikaçı öz liderini dəstəkləməyib, hamısı partiyanın başqa üzvünə - Cim Cordana səs verib. Namizədlərdən biri kifayət qədər səs toplayana qədər seçkilər davam edəcək.