Naxçıvanla bağlı vacib sual
23 Dekabr 2022
Dövlət başçısı İlham Əliyev Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutu təsis edib. Rəsmi məlumata görə, institutun yaradılması effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulması, iqtisadi, sosial, mədəni və digər məsələlərin operativ və səmərəli həlli məqsədi daşıyır.
Səlahiyyətli nümayəndə vəzifəsinə əslən Şahbuz rayonundan olan Fuad Nəcəfli təyin olunub və bu gün Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev onu Naxçıvan ictimaiyyətinə təqdim edib. Təqdimat mərasimi Naxçıvan MR Ali Məclisinin binasında baş tutub. Tədbirdən yayılan fotolarda diqqətçəkən məqamlardan biri Ali Məclisin keçmiş sədri Vasif Talıbovun, oğlu deputat Seymur Talıbovun, habelə qurumun bir çox üzvlərinin mərasimə qatılmamasıdır. Bundan başqa, Ali Məclisin sədri səlahiyyətlərini icra edən birinci müavin Azər Zeynalov da sədarətdə deyil, iştirakçılar arasında əyləşib. Mərasimə Talıbovlar dəvət edilməyib, yoxsa özləri iştirak etməyiblər, məlum deyil. Hər halda, Prezidentin səlahiyyətli nümayəndəsi təqdim edilirsə, Naxçıvan elitası hesab olunan Ali Məclis üzvlərinin ora dəvət edilməməsi ağlabatan deyil. Görünür, Talıbovlar və onların yaxın ətrafı baş verən siyasi dəyişikliklərdən narazı olduqlarını bu şəkildə nümayiş etdirməyə çalışıblar...
Naxçıvan Muxtar Respublikasına Prezidentin səlahiyyətli nümayənədəliyinin təsis edilməsinin özü də müzakirələrə yol açıb. Bəzi ekspertlər bölgənin muxtar dövlət statusunu, konstitusiyasını, qanunvericlik orqanını və hökumətinin olduğunu əsas gətirərək, Prezidentin sözgedən Fərmanının Konstitusiyaya uyğun olmadığını bildirirlər.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu bəndinin (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) 7 və 8-ci maddələrində yazılıb:
7) Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır;
8) Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir.
Hüquqşünas, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Pressklub.az-a qısa şərhində bildirib ki, Prezidentin Naxçıvan MR-da səlahiyyətli nümayəndə institutu təsis etməsi və nümayəndə təyin etməsi konstitusiyaya zidd deyil. “Bu, icra hakimiyyətinin başçısı kimi Prezidentin müstəsna səlahiyyətlərinə daxildir. Dövlət başçısı yerlərdə idarəetmənin təşkil etməsi üçün icra qaydasında müxtəlif qurumlar yarada, onlara təyinatlar həyata keçirə bilər. Məsələ burasındadır ki, səlahiyyətli nümayəndəlik institutu yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxilə etmir, onlarla paralel idarəçilik həyata keçirmir. Əgər dövlət qurumlarının səlahiyyətləri ləğv edilərək nümayəndəliyə verilərsə, bu halda Konstitusiyaya uyğunsuzluqdan danışmaq olar”.
Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə Pressklub.az-a şərhində bildirdi ki, burada Konstitusiyaya uyğunsuzluq məsələsi var. “Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin təsis olunması və nümayəndənin təyin edilməsi yerli məsələlərin daha operativ həlli baxımından vacib olsa da hesab edirəm ki, burada konstitusiyaya uyğunsuzluq var”, - o, qeyd edib.
Hüquqşünas bir neçə hüquqi məqama diqqət çəkir:
“Birincisi, Konstitusiya ilə belə bir qurumun yaradılması nəzərdə tutulmur. Əsas qanunda göstərilir ki, Prezident icra hakimiyyətinin başçısı olaraq Naxçıvan MR-da Nazirlər Kabineti və onun strukturlarını, nazirliklər, icra hakimiyyətləri yarada bilər. Onların sırasında belə bir strukturun - yəni səlahiyyətli nümayəndəliyin yaradılması nəzərdə tutulmur.
İkincisi, səlahiyyətli nümayəndəlik faktiki baxımdan regional idarəetmə forması deməkdir. Əsasnaməyə görə, səlahiyyətli nümayəndə Prezident Administrasiyasının struktur bölməsidir. Bu qurumun regional idarəetməni həyata keçirməsi məsələsi də Konstitusiya ilə uyğunsuzluq təşkil edir. Başqa bir nüans da var: Naxçıvan MR Konstitusiyası ilə vəzifəli şəxslərə aid edilən səlahiyyətlər Əsasnamə ilə səlahiyyətli nümayəndəyə verilmiş səlahiyyətlərlə eynidir. Naxçıvan Konstitusiyası Azərbaycan Respublikasının Konstitusiya qanunu ilə təsdiq olunub. Prezident Fərmanı Konstitusiya qanunundan üstün ola bilərmi? İyerarxiyaya görə, Konstitusiya, referendumla qəbul edilmiş aktlar, konstitusiya qanunları, qanunlar və daha sonra Prezident fərmanları gəlir. İndi bir fərmanla bu məsələləri həll etmək mümkündürmü? Yəni Əsasnamənin təsdiq olunması Prezident Fərmanı, nümayəndənin təyin edilməsi isə Prezident Sərəncamı ilə olub. Fərman və sərəncamlar Konstitusiya qanunlarına uyğun olmalıdır. Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndi Prezidentə məhkəmə və qanunverici hakimiyyətin səalhiyyətlərinə aid olmayan digər funksiyaları da icra qaydasında həyata keçirmək səlahiyyəti verib. Axı, səlahiyyətli nümayəndəlik icra qaydasında həyata keçirilməli məsələlər sırasında daxil deyil. Çünki bu, Naxçıvanda idarəetmənin birbaşa səlahiyyətli nümayəndə tərəfindən həyata keçirilməsini ehtiva edir. Ona verilən səlahiyyətlərin icra qaydasında həyata keçirilməsi mümkün deyil”.
Hüquqşünas hesab edir ki, Naxçıvanda təsis edilən Prezidentin Səlahiyyətli Nümayəndəliyi və onun Əsasnaməsi konstitusiyaya uyğun deyil və mübahisəlidir. “Hesab ediərm ki, Konstitusiya Məhkəməsi bu yeni təsisatın Konstitusiyaya uyğunluğu barədə rəy verməlidir. Ki, Səlahiyyətli Nümayəndəlik qanunverici, icra edici və məhkəmə hakimiyyəti orqanları arasında mübahisə doğuran məsələlər sırasına aid edilə bilər, ya yox”, - hüquqşünas vurğulayıb.
Turqut