Logo
news content
premium image
Kateqoriyalar

Analitika

Təmas xətti

“Qaynayan” Qafqaz haraya sürüklənir?
Ermənistanda çevriliş havası, Gürcüstanda vətəndaş qarşıdurması, Azərbaycanda isə...

Bu gün Qafqaz regionundakı vəziyyəti sabit adlandırmaq qeyri-mümkündür. Çünki Qafqazın ən azı iki paytaxtında - Tbilisi və İrəvanda ehtiraslar qızışıb. Yalnız Bakıda sabitlik hökm sürür. Hələ bir müddət öncə qəti “qərbpərəst” imici olan Gürcüstanda “rusiyapərəst qüvvələrin” qəbul etməyə çalışdığı “xarici agentlər” barədə qanun müxalifətin və ümumilikdə əhalinin narazılığına səbəb olub. Ermənistanda isə hər şey əksinədir. Bir müddət öncəyə kimi qatı “rusiyapərəst” imici olan bu ölkənin rəhbərliyi hazırda “qərbpərəst” siyasət yeridir və bu da Rusiya ilə sıx bağlılığı olan müxalifəti və kilsəni narazı salıb. 

Öz növbəsində Azərbaycan hakimiyyəti Rusiya ilə xoş münasibətlərini saxlayır.  

Bəs, baş verənlərin arxasında hansı qüvvələr dayanır? Cənubi Qafqazın adları çəkilən iki ölkəsində vəziyyətin gərginləşməsində kim maraqlıdır? Kütləvi etirazlar, itaətsizlik nəyə gətirib çıxara bilər?

Ermənistan

Artıq bir neçə gündür ki, İrəvanda minlərlə insan hökumətin Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı qərarına etiraz edir. Nümayişçilər paytaxtda yürüşlər təşkil edir və magistral yolları bağlayırlar. Etirazlara Tavuş vilayətinin arxiyepiskopu Baqrat Qalstanyan başçılıq edir. O, Paşinyan hökumətini impiçmentlə hədələyir. Hakimiyyət də öz növbəsində müxalifəti dövlət çevrilişi hazırlamaqda ittiham edir.

Ümumilikdə isə Ermənistanda etiraz yürüşləri, mitinqlər və vətəndaş itaətsizliyi aksiyaları may ayının əvvəlindən başlayıb. Etirazlar hökumətin sərhədin delimitasiyası çərçivəsində dörd s...

lock icon

Yazını tam oxumaq üçün