Qarabağ ermənilərinə tələsik Ermənistan vətəndaşlığı – Səbəb nədir?
Rəsmi İrəvan hazırda “quyruğu təmizləməklə” məşğuldur
12 Noyabr 2024
“Bunun üçün İrəvandakı Miqrasiya və Vətəndaşlıq Xidmətinə, rayonlarda isə Daxili İşlər Nazirliyinin ərazi bölməsinə getmək, ərizə yazmaq və müvafiq sənədlər təqdim etmək lazımdır.
Bundan sonra bir-iki ay ərzində sizə Ermənistan Respublikası Prezidentinin fərmanı ilə Ermənistan vətəndaşlığı verildiyi barədə qısa mesaj gələcək.
Növbəti addım olaraq, Ermənistan Respublikasının vətəndaşı kimi yeni pasport almaq üçün ərizə yazmalısınız”, - məlumatda qeyd edilir.
Belə çıxır ki, rəsmi İrəvanın özü Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinin keçmiş sakinlərinin mübahisəli statusuna son qoyulmasına kömək edir. Çünki bu insanlara sürətləndirilmiş qaydada Ermənistan vətəndaşlığı verilsə, onların daimi yaşayış yerlərinə - Azərbaycan ərazisindəki keçmiş evlərinə qayıtmalarının mümkünlüyü məsələsi avtomatik olaraq tam şəkildə aradan qalxacaq. Sadəcə ona görə ki, Azərbaycan ikili vətəndaşlığı tanımır. Ermənistan rəsmiləri də müxtəlif beynəlxalq toplantılarda “2023-cü ilin sentyabrında baş vermiş etnik təmizləmənin nəticələrini aradan qaldırmağın vaxtı çatdığı” ilə bağlı Bakıya qarşı iddia qaldıra bilməyəcəklər. Xüsusən də ona görə ki, “etnik təmizləmə” olmayıb. Əksinə, erməniləri Azərbaycan Respublikasının pasportlarını alaraq Qarabağa qalmağa dilə tuturdular. Onlar isə Ermənistana köçməyə üstünlü...