Logo
news content
User
Kateqoriyalar

Analitika

Polis rəisi niyə intihar edib? 

Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Rahib Mirzəyev intihar edib. O, xidməti silahı ilə ürək nahiyəsindən bir dəfə atəş açaraq, özünü öldürüb. 

Hadisə iyulun 9-da, səhər saat 11.00 radələrində, Rahib Mirzəyevin polis bölməsindəki xidməti otağında baş verib.

Məlumatı “Press Klub”a Baş Prokurorluğun mətbuat xidməti də təsdiqləyib. “Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir. İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək”, - deyə Baş Prokurorluqdan bildirilib.

Mirzəyevlərə yaxın mənbənin verdiyi məlumata görə, mərhum polis rəisi bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

51 yaşlı Rahib Mirzəyev 2019-cu ilin yayında 4-cü polis bölməsinin rəisi təyin olunub. Bundan əvvəl isə o, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsində eyni vəzifədə çalışıb.

Rahib Mirzəyev daxili işlər orqanlarında tanınmış simalardan olan general-mayor Sahib Mirzəyevin qardaşıdır. Uzun illər Bakının Nizami, Nəsimi rayonlarının, Sumqayıtın polis rəisi işləmiş Sahib Mirzəyev bir müddət də İnterpolun Milli Bürosuna rəhbərlik edib. O, 2015-ci ildən Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi vəzifəsində çalışırdı. 1957-ci il təvəllüdlü Sahib Mirzəyev 2020-ci ilin iyulunda yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Gülər