Logo
news content
premium image
Kateqoriyalar

Analitika

Onlara inanmaq olarmı?
Rusiya hərbçisi Azərbaycanı tərk etdi, birdəfəlik!

Çoxumuz dünən baş verən hadisənin mahiyyətinə o qədər də varmırıq. Çünki ümumi olaylar fonunda, bu tarix bir qədər kölgədə qalır. Amma əmin olun ki, illər sonra tariximizdə mayın 15-nə xüsusi, çox önəmli yer ayrılacaq. 


Mayın 15-də Rusiya sülhməramlıları (hərbi kontingenti) Qarabağı tərk etdi. Bu, həm də Rusiya hərbçilərinin Azərbaycanı tərk etməsi deməkdir. Əlbəttə, mümkündür ki, bölgədə son yekunlaşma işlərini başa çatdırmaq üçün kiçik qrup - 10, 20, bəlkə də 50 hərbçi qalacaq. Bəlkə də qalmayacaq. Qalsa belə, bu artıq Rusiya hərbi kontingenti deyil. Tarixdə isə rus hərbçisinin Azərbaycanı tərk etməsi kimi mayın 15-i göstəriləcək.


İlk baxışdan, Rusiya sülhməramlılarının gəlişi də, gedişi də asan proses kimi görünə bilər. Gəldilər, 3 il 6 ay burda qaldılar və getdilər. Nə fəaliyyətləri yadda qaldı, nə də bir iş gördülər. Amma bu, doğrudan da belədirmi?


Tarixə qayıdaq. 


Azərbaycan ordusu cəbhədə bir-birinin ardınca qələbə qazanır. Artıq Şuşa şəhəri qaytarılıb, bizdədir, ordumuz Xankəndinin girəcəyindədir. Hətta əsgərlərimizin Xocavəndə girdikləri barədə xəbərlər gəlir. Azərbaycana tabe olmayan Qarabağ erməniləri demək olar ki, tam şəkildə bölgəni tərk ediblər. “DQR prezidenti” Araik Arutyunyan Xankəndi ilə vidalaşdığı görüntülər yayır. Müharibənin bitməsi, ermənilərin 20 minlik qruplaşmasının tam mühasirəyə düşməsi an məsələsidir.


Amma... İnternetdə həyəcanlı xəbərlər yayılır. 15-ci əlahiddə motoatıcı briqadasnın ilk hərbçiləri - Rusiya desantçıları Ulyanovsk-Vostoçnıy aerodromund...

lock icon

Yazını tam oxumaq üçün