Müxalifət prezidentin mesajlarını necə qiymətləndirir?
26 Oktyabr 2020
Prezident İlham Əliyev Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək istədiyi halda, təzyiqlərlə üzləşdiyini açıq mətnlə dilə gətirir. Bu baxımdan, prezidentin oktyabrın 26-da xalqa müraciətində Azərbaycan əhalisi ilə yanaşı, xarici dairələrə, həmsədr ölkələrə də ciddi mesajlar var idi. Xüsusən Türkiyə Hava Qüvvələrinin hazırda Azərbaycanda olan F-16 döyüş təyyarələrindən istifadə ehtimalı barədə onun söylədiklərinin konkret hədəfə ünvanlandığı aydındır.
İlham Əliyev müraciətində bildirdi ki, “Türkiyənin F-16-ları sizdə nə gəzir?” sualı ilə tez-tez üzləşir: “Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var, görmürsünüz nə gəzir? Gedin baxın, F-16 neyləyir, havadadır, yerdədir? Hər kəs bilir ki, təyyarələr yerdədir. Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıb. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər onlar...”
Müraciəti şərh edən siyasətçilər hesab edir ki, dövlət başçısının çıxışındakı mesajlar daha çox Rusiya və İrana yönəlmişdi.

S.Soltanlı hesab edir ki, prezidentin F-16-lardan mümkün istifadə barədə söylədikləri Rusiya və İrana mesaj idi:
“Rusiyanın Ermənistana gizli silah-sursat göndərməsi ilə yanaşı, qarşıdakı mərhələdə birbaşa açıq yardımlar etməsi ehtimalı var. İstisna olunmur ki, Ermənistanın təxribatları nəticəsində Rusiya prosesə qoşula bilər. Həmçinin, regionda İranla bağlı da müəyyən gəlişmələr var. Prezidentin F16-lar haqda dedikləri həm də Azərbaycanın tək olmadığı, Türkiyənin ona dayaq durduğuna növbəti işarə idi”.

“Çünki ATƏT-in Minsk Qrupunun həmsədri olan hər üç ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Onlar bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində ATƏT tərəfindən mandatlandırılıblar. Azərbaycan da ərazi bütövlüyünün bərpasına çalışır”.
S.Həzi dövlət başçısının F-16-lar barədə dediklərinin də ciddi siqnal olduğunu vurğuladı. Onun sözlərinə görə, bu, həm də onun mesajı idi ki, Azərbaycan müharibə potensialını hələ tam ortaya qoymayıb:
“Düşmən də, ölkədə sabitliyin, atəşkəsin olmasında maraqlı qüvvələr də bunu nəzərə almalıdır. Bilməlidilər ki, Azərbaycan hələ bütün potensialını ortaya qoymayıb – həm insan resursları, həm də texnika baxımından. Azərbaycanın 5 ordu korpusundan yalnız ikisi hələ döyüş bölgəsində aktivdir. Hazırda Azərbaycana təzyiq etməkdənsə, Ermənistanın işğalı dayandırması üzrə iş aparmalıdırlar. Torpaqları işğalda olan ölkəyə təzyiq həm ədalətli olmaz, həm də sülhün qalıcı olmasına xidmət eləməz”.

“Ermənistanın Rusiyanın sözcüsü olması daha açıq şəkildə dünyaya çatdırılmalıdır. Bu, Rusiyaya qarşı olan beynəlxalq çevrələr üçün də tutarlı arqumentə çevriləcək. Dünyaya izah etmək lazımdır ki, Ermənistan bölgədə böyük neft-qaz dəhlizlərinə təhlükədir. Bu təhlükənin yaranması da “Şimal Axını-2” layihəsinə görə indi Kremlə sərf edir”.
N.Cəfərlinin fikrincə, prezidentin bugünkü müraciəti həm də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Madrid prinsiplərinin artıq müzakirə predmeti olmadığını da göstərdi.
Gülər