Logo
news content
User
Kateqoriyalar

Analitika

 Mikael Silkeberq: “Şuşada ölmüş nə varsa, hamısı yuxudan oyanmaq üzrədir”

Müəllif: Mikail Silkeberq,

fotoqraf, quruluşçu operator

Ey, Balkan... 

Burada özümü evdəki kimi hiss edirəm... 

Ev deyilən şey nədir?.. Mən həmişə evin tərifini istəmişəm... 

İsveçli olaraq Danimarkada böyüdüyüm zamanlarda … 

Yaxud danimarkalı kimi İsveçə köçdüyümdə... 

Heç vaxt üzünü görmədiyim ata babam Yunanıstandan, Lefkoşadan idi... 

Odessada yunan koloniyasında yaşayırdı və özünü rus kimi hiss edirdi... 

Bolşeviklər 1918-ci il martın 1-də Odessanı ələ keçirdikdən və babamın 9 qardaşını öldürdükdən sonra... O, ticarət işləri üçün Stokholma səyahət edərdi və orada Helga nənəm ilə tanış olmuşdu. 

Onların üç oğlu oldu, mənim atam da oğulların ən kiçiyi idi.  

Ailənin Brommadakı evi yanan zaman babam Oresten ailəsini öldürmək qəsdiylə evi yandırmaqda şübhəli bilinib, günahlandırıldı. 

Sığorta şirkətinin şübhəli dəlillərinə və vəkilinin işə yaramaz məsləhətlərinə qarşı bir yabançı olaraq aciz qalan babam İstanbula qaçmalı oldu.  

Amma ailəsinin həsrətinə dayanamayıb geri qayıdanda həbs edildi. Atam, babamın KUŞAK rəqsi barədə mənə elə fəxrlə danışardı ki… Baxmayaraq ki, babam yunan idi, içim isinirdi... 

Långholmendə 6 il həbsdə qalıb buraxılandan sonra taksidə yol gedərkən ürək tutmasından ölüb babam və mənə onu görmək heç qismət olmayıb ... 

Görəsən, Andrey Tarkovskinin sürgündə və ya mühacirətdə yaşam haqqında filmləri niyə mənə bu qədər təsir edir... 

Yaxud Emir Kusturitsanın filmlərindəki Balkanların isti və kimsəsiz təsvirlərindən, xarabalıqların təsvirlərindən niyə bu qədər etkilənirəm ... İndi isə mən payız yarpaqlarına bürünmüş Şuşadayam, xarabalıqları gəzirəm... Yabani bitən zəfəran kolları arasında gəzirəm … və qəribədir, özümü evə dönmüş hiss edirəm… 

Dağ mənzərəsində, gözəl payız səması altında dayanıb opera ulduzu Bülbülün güllələnmiş büstünə tamaşa edirəm… 

İşğalın şəhidləri və qurbanları...

Onların torpaq və yurd hüququna olan inancı... 

Vaqifin şeirində deyildiyi kimi:

“Bizim bu dünyada nə malımız var,

Nə də evdə sahibcamalımız var…”

Özümü gücsüz hiss edirəm...

İxtiyar sahibi deyilmiş kimi…  

Bir gün mənim üçün heç bir şeydir... 

Gözəl, amma viran qalmış yerdə ... 

Cənnət bağında ilanlar…

Müharibənin qeyri-insani siyasəti... 

Yaxud Natəvanın oğlu Abbasa həsr etdiyi şeirində deyildi kimi...   “Yanar canım, oğul, daim sənin nari-fəraqında, 

Necə pərvanələr hər dəm yanar şəmin ayağında...” 

Şuşada ölmüş nə varsa, bütün hamısı yuxudan oyanmaq üzrədir... 

Qırılmış ümidlər kimi...

Müəllif haqqında: 

Mikael Silkeberq - Danimarkanın Kopenhagen şəhərində anadan olub, 11 yaşında İsveçə gəlib və Stokholmda yaşayır. 1984-cü ildən peşəkar fotoqraf kimi çalışır. Skandinaviya Fotoqrafiya məktəbində (The Nordic School of Photography) oxuyub, məşhur fotoqraf Krister Stromholmun tələbəsi olub. Stokholm və Parisdə bir neçə sərgi keçirib. Arizonaya (ABŞ), Şərqi və Cənubi Afrikaya, Nepala, Hindistana səfərlərindən bir çox şəkilləri digər sərgilərdə nümayiş etdirilib. 2021-ci ilin oktyabrında bir neçə İsveç jurnalisti ilə Şuşada olub.