Merts, Starmer və Makron Londonda Ukrayna üzrə məsləhətləşmələrə qatılacaq
07 Dekabr 2025
Almaniya Kansleri Fridrix Merts dekabrın 8-də Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün Londona səfər edəcək.
Bu barədə DPA agentliyi Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Korneliusun açıqlamasına istinadən məlumat yayıb.
Məsləhətləşmələrdə Merts ilə yanaşı, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, həmçinin Ukrayna lideri Volodimir Zelenski də iştirak edəcəklər. Onların Rusiya–Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı danışıqların gedişini müzakirə edəcəkləri gözlənilir.
Xatırladaq ki, 4 və 5 dekabrda Floridada ABŞ və Ukrayna nümayəndələri Vaşinqtonun təklif etdiyi sülh planı üzrə danışıqlar aparıblar.