“İsrailin qisas aktı olsaydı...”
Ekspert İran prezidentinin ölümü ilə bağlı Əl-Cəzirənin versiyasını dəyərləndirir
21 May 2024
Hadisənin baş verdiyi gün Əl-Cəzirə televiziyası qəzanın səbəbləri ilə bağlı bir sıra versiyalar səsləndirdi.
Birinci versiya helikopterin həqiqətən də qəza enişi etməsi və faciənin sırf texniki səbəbdən baş verməsi ilə bağlıdır.
İkinci versiya, hadisənin İsrailin İrana qarşı qisas aktı olmasının mümkünlüyüdür. Qeyd edək ki, İranın İsrailə sonuncu kütləvi dron hücumundan sonra İsrail “qisasın ağır olacağını” bildirmişdi.
Əl-Cəzirənin üçüncü versiyası budur ki, hadisənin səbəbi İranın daxilindəki siyasi qruplar arasındakı qarşıdurma və intriqalar ola bilər.
Mövzu ilə bağlı Pressklub.az-a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl da hesab edir ki, ilkin versiya hadisənin əlverişsiz hava şəraiti üzündən baş vermiş qəza olmasıdır: “Helikopter havaya qalxarkən görünür ki, duman və sis olmayıb. Amma hərəkət istiqamətində, dağlara yaxınlaşdıqca artıq əlverişsiz hava şəraitinin olduğu görünüb. Həmin vaxt mühafizə xidməti xüsusi qərar qəbul etməli və düşünməli idi ki, perspektivdə hərəkət çətinləşə bilər. Ona görə də helikopteri endirməli və avtomobillə hərəkət etməli idilər”.
Ekspert deyir ki, helikopterin 1979-cu il istehsalı olması və ilk dəfə 1981-ci ildə sürülməsi, müasir tələblərə heç cavab verməməsi, qarşıdakı maneəni görmə cihazlarının olmaması və çox yüksəkliyə qalxa bilməməsi göstərir ki, b...