İsraildə səfirlik açmağın vaxtı çatıb
27 Avqust 2020
"Azİz" - Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak bildirib ki, rəsmi Bakının İsraildə səfirlik açmasının vaxtı çatıb.
Spivak qeyd edib ki, bu gün İsraildə hətta Azərbaycanın ticarət nümayəndəliyi və ya mədəniyyət mərkəzi də yoxdur: "Konsulluq olmasa belə, heç olmasa, ticarət missiyasını həyata keçirəcək nümayəndəlik və ya mədəniyyət nümayəndəliyinin açılması vacibdir. Bunun üçün Azərbaycan pasportuna sahib və ölkəni təmsil edən bir şəxsin olması lazımdır ki, o, Azərbaycan adından çıxış edə bilsin”.
L.Spivakın təklifinə münasibət bildirən politoloq Elxan Şahinoğlu hesab edir ki, iki ölkə arasında diplomatik münasibətlər varsa, səfirliklərin də olması labüddür:

E.Şahinoğlunun sözlərinə görə, Türkiyə-İsrail münasibətlərinin gərgin olmasına baxmayaraq, Türkiyənin İsraildə səfirliyi, İsrailin də Türkiyədə səfirliyi var:
“Əlbəttə, Azərbaycan İsraildə səfirlik yaratsa, İranda müəyyən etirazlar ola bilər. Ama düşünürəm ki, bir müddət sonra bu etirazlar səngiyəcək. İran Azərbaycanla iqtisadi-ticarət əlaqələrində maraqlıdır”.
Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvü, Milli Məclisin deputatı Arzu Nağıyev xatrılatdı ki, Azərbaycanın müstəqilliyini ilk tanıyanlardan biri də İsraildir:

Deputat bunun belə olacağını düşünmür:
“Bir sıra ərəb dövlətlərinin (Misir, İordaniya) İsraildə səfirliyi var. İrana gəldikdə isə məlum məsələdir ki, İran eyni zamanda Ermənistanla da strateji tərəfdaşdır. Və Ermənistanın özünün İsraildə səfirliyi fəaliyyət göstərir. Yəni İran hər hansı bir arqumenti qarşımıza qoya bilməz. Fikrimcə, strateji baxımdan İsraildə Azərbaycanın səfirliyinin açılması çox mühüm məsələdir və zəruridir. Təbii ki, bu, iki ölkə arasında olan tərəfdaşlığı daha da inkişaf etdirə bilər. Onsuz da, səfirliyin olub-olmamasından asılı olmayaraq, dövlət qurumlarının, diaspora təşkilatlarının xətti ilə İsrail-Azərbaycan münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Lakin səfirliyin açılması da labüddür. Səfirliyin Yerusəlim və ya Təl-Əvivdə olub-olmaması artıq ikinci məsələdir. Vaxt yetişəndə səfirliyin açılacağını düşünürəm”.
