Logo
news content
premium image
Kateqoriyalar

Analitika

İlahı “qüdrət” və bir diplomatın fantaziyası
Cənubi Qafqaz regionu uğrunda mübarizə həlledici mərhələyə qədəm qoyub

“Vətən uğrunda Tavuş” hərəkatı dayansa, bir neçə gün ərzində Ermənistanın yeni əraziləri təhvil veriləcək, Mehri dəhlizi açılacaq və xaricilərin nəzarətində olacaq, eləcə də azərbaycanlıların sürətlə Ermənistanda məskunlaşdırılmasına başlanacaq”. Bu “dəhşətli” versiyanı Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Dzyunik Ağacanyan NEWS.am saytına açıqlamasında səsləndirib. O hesab edir ki, yuxarıda sadaladığı prosesləri məhz adı çəkilən hərəkat dayandıra bilib.

Onun sözlərinə görə, qarşı tərəf, planının hər üstü açılan detalının Ermənistanda narazılığın artmasına səbəb olacağını anlayır. Burada o, Azərbaycanı nəzərdə tutur. "Buna görə də proseslər səngiyib. Lakin Qərb tələsdirir. Çünki İran və Rusiyaya qarşı atılmalı olan addımların müddəti çoxdan keçib", - səfir bəyan edib.

O, hesab edir ki, indiki mübarizə sprint deyil, marafon yarışı, əsəb oyunudur. Ağacanyan əmindir ki, Ermənistanın hazırkı iqtidarının hakimiyyətdən getməsi erməni kimliyini qoruyub saxlamaq imkanları açacaq. Diplomat əlavə edib ki, hakimiyyət, Qərbin bu dəfə Dağlıq Qarabağ ermənilərinə qarşı “soyqırıma” məhəl qoymaması fonunda, səhvlərdən dərs almaq istəmir. “Onlar öhdəlik götürüblər və manevr üçün yerləri yoxdur, ona görə də yuxarıdan gələn göstərişlərə əməl edirlər. Bu addımlar Ermənistanın və bunu anlamağa başlayan erməni xalqının maraqlarına ziddir”, - deyə səfir əlavə edib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti xalqı gələcəkdə oyada biləcək bütün təməlləri ardıcıl olaraq gözdən salıb və ya məhv ...

lock icon

Yazını tam oxumaq üçün