Logo
news content
premium image
Kateqoriyalar

Analitika

Gözlənilməz bir səfərin tarixçəsi
Səfir Libbinin Şuşaya getməsi ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edəcək?

Vətən Müharibəsindən sonra ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun təmsilçiləri vaxtaşırı olaraq, işğaldan azad edilmiş bölgələrimizə səfər ediblər. Ancaq ötən 3 il yarim müddətdə ABŞ-nin ölkəmizdəki səfiri heç bir səbəb göstərmədən bu səfərlərə qatılmayıb. Siyasi dairələrdə və mediada bu məsələ ilə bağlı xeyli sual və iradlar səslənsə də, səfir və bütövlükdə diplomatik nümayəndəlik mövqeyini dəyişmirdi. Hətta bu il mayın 3-də - cəmi 4 gün əvvəl Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı jurnalistlərə müsahibə verən səfir Mark Libbi demişdi ki, indiyədək Azərbaycanın bir neçə regionunda səfərdə olub: “Bunu siyasi səbəbləri yoxdur. Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir... Amma mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm... Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”.

Bu müsahibədən heç 3 gün keçməmiş cənab səfir Şuşaya səfər edib. Bildirilib ki, səfir həyat yoldaşı ilə birlikdə həm də Füzuliyə gedib. 

Səfir Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını bölüşərkən deyib ki, Şuşada olduğuna görə xoşbəxtdir: “Biz iki aya yaxındır bu səfərə hazırlaşırdıq və şadam ki, bu səfər, nəhayət, baş tutdu. Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm”.

Səfirin 3 gün əvvəlki müsahibədə səsləndirdiyi fikirlər, bundan dərhal sonra isə Şuşaya səfər etməsi nəyin göstəricisidir? Son zamanlarda ABŞ və Azərbaycan ar...

lock icon

Yazını tam oxumaq üçün