Logo
news content
User
Kateqoriyalar

Analitika

Gəncədən xüsusi müxbirimiz xəbər verir

Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı açıqlamada Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində çoxmənzilli yaşayış binasını raket atəşinə tutduğu bildirilirdi.

Rəsmi məlumata görə, 7 nəfər həlak olub, 28 nəfər yaralanıb, çoxsaylı mülki obyektlərə külli miqdarda ziyan dəyib.

Müxbirimiz Seymur Kazımov Gəncədən xəbər verir ki, uçuntular altından daha bir sakinin meyiti çıxarılıb. Onun hadisə yerindən çəkidiyi şəkilləri və videomaterialları təqdim edirik.

Press Klub

https://pk-web.s3.eu-central-1.amazonaws.com/media/WhatsApp%20Video%202020-10-11%20at%2011.31.22%20AM.mp4