Logo
news content
User
Kateqoriyalar

Analitika

Gəncə və Mingəçevir raket hücumuna məruz qalıb 

Ermənistan Azərbaycana qarşı dövlət terrorunu davam etdirir. 

Bir az əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın böyük şəhərləri - Gəncə və Mingəçeviri növbəti dəfə atəşə tutublar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Yaralılar və dağıntılar altında qalanlar var. 

Prezidentin köməkçisi Hikmət Hacıyev fakta dərhal münasibət bildirib. O, “Twitter”də yazıb ki, Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək terror və hərbi cinayət əməllərini davam etdirir: 

“Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb. Xəsarət və zərərlər müəyyənləşdirilir”.

Ermənilərin dinc əhaliyə qarşı bu cinayətləri şübhəsiz ki, cəbhədəki durumdan qaynaqlanır. Azərbaycan Ordusunun hücumları qarşısında əzilərək geri çəkilən işğalçılar çarəni mülki yaşayış yerlərini atəşə tutmaqda görürlər. Burada 2 əsas məqsəd var: 

- Azərbaycan xalqı arasında panika və qorxu yaratmaq, Gəncədən, Mingəçevirdən yüz minlərlə insanın Bakıya köçünə nail olmaq və beləliklə, Azərbaycan paytaxtında xaosa, hakimiyyətdən kütləvi narazılığa nail olmaq; 

- Münaqişənin miqyasını mümkün qədər böyütmək, Azərbaycanı Ermənistan ərazisinə cavab zərbələri endirməyə təhrik edərək Rusiya başda olmaqla, böyük güclərin məsələyə müdaxiləsinə zəmin hazırlamaq. 

Press Klub