Logo
news content
User
Kateqoriyalar

Analitika

Gəncə terrorunun nəticələri

Oktyabrın 17-nə keçən gecə ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində 13 dinc sakin həlak olub, 48 nəfəri yaralınıb.

Azərbaycan Respublikası Baş Prokurorluğundan bildirilib ki, həlak olanların 3-ü azyaşlı, 4-ü qadın, 6-sı kişidir. Yaralananların 5-i azyaşlı, 20-si qadın, 23-ü kişidir. İki uşaq isə itkin düşüb.

Xüsusi müxbirimiz Seymur Kazımov Gəncəyə gedərək dağılmış bəzi evlərdə olub və sakinlərlə görüşüb. O, xəstəxanada müalicə olunan yaralılarla da görüşüb.

Özünü təqdim etmək istəməyən bu ailənin evi dağılıb, 1 nəfər hamilə qadın ayağından xəsarət alıb

 

Fatma Şirinova hadisə vaxtı evdə olub, xoşbəxtlikdən xəsarət alan olmayıb

Nərgiz Quliyeva hadisə vaxtı babasının evində idi. Tavan uçub

Anar Əliyev: Otağa girmək təhlükəlidir, tavan uça bilər

 

Yaralı, 66 yaşlı Aftandil Sadıqov dünyanın ikili standartlarından şikayətlənir

 

Yaralı Şairə Quliyeva bu cinayəti törədən erməniləri lənətləyir.