Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənistan bərabərdir 29,8 min kv.km – X kv.km
Paşinyan Qarabağa iddiaların bununla nəticələnəcəyi barədə parlamenti xəbərdar etdi

Martın 24-də axşam millət vəkilləri qarşısında çıxışında Ermənistanın baş naziri Paşinyan parlamenti xəbərdar edib ki, Qarabağa iddialarını saxlamaqla ermənilər yalnız özlərinə pislik edir və yeni ərazi itkiləri ilə üzləşmək təhlükəsini reallaşdırmağa doğru gedirlər.  

O bildirib:

“Azərbaycan sözünü dəqiq şəkildə deyir: “Əgər sən mənim ərazi bütövlüyümü tanımırsansa, onda mən də sənin ərazi bütövlüyünü tanımıram”. Bu söhbət beynəlxalq aləmin gözləri qarşısında baş verir”.

Paşinyan əlavə edib ki, nəticədə Ermənistanın cavab verməyə sözü qalmır:

“Azərbaycan da Ermənistana hücum edəndə, Ermənistan isə beynəlxalq birliklə bu barədə dialoq aparanda, Azərbaycan onlara deyir ki, Ermənistan özü bizim ərazi bütövlüyümüzü tanımır, bizə hücumlar edib və yenə edir”.

Bəs Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və onun aparıcı qüvvəsi olan Rusiya necə, belə vəziyyətdə müttəfiqi Ermənistana köməyə gələ bilərmi? Paşinyan bu köməyin nədən ibarət olacağını millət vəkillərinə açıq söyləyir:

“KTMK deyir: “Bəli, mən sizin yanınızda olacağam, sizə 30 çox güclü müşahidəçi göndərəcəyəm”.

Baş nazir hesab edir ki, Ermənistanın qəti qərar qəbul etmək vaxtı yetişib: ya o, Azərbaycanın 86,6 min kv.km ərazisini tam tanıyır, ya da deyir ki, biz Azərbaycanın ərazi bütövlüyünü yalnız 45,7 min kv.km sahəyə aid edirik. Onda Azərbaycanın da: “Bizim fikrimizcə, Ermənistanın ərazisi 29,8 min kv.km yox, 8,7 min kv.km olmalıdır”, - deməyə imkanı yaranır. 

“Mən Brüsseldə əldə etdiyimiz razılaşmanı təsdiq edirəm: Ermənistan Azərbaycanın 86,6 min kv.км ərazisini bütövlüklə tanıyır, ümid edirəm ki, Azərbaycan da Ermənistanı 29,8 min kv.km ərazi ilə tanıdığını təsdiq edəcək. Kim iddia edirsə ki, Azərbaycan – 86,6 min kv.km yox, minus Х qədər az ərazi ilə tanınmalıdır, eyni zamanda onu deyir ki, Ermənistan 29,8 min kv.km deyil, minus X qədər əraziyə malikdir. Və bu X-in hansı həcmdə olacağı məqamı yetişən gündə KTMT-nın kefinin necə olacağından asılıdır”, - deyə Paşinyan fikrini yekunlaşdırıb.

Press Klub