Logo
news content
User
Kateqoriyalar

Analitika

“Dedi ki, Yuliya, narahat olma, qələbə bizimdir…”

Bu gün işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə həlak olmuş Azərbaycan Ordusunun hərbçisi Dmitri Solntsevlə vida mərasimi keçirildi. Dmitrinin cəmi 25 yaşı var idi. Onun bacısı Yuliya Solntseva “Press Klub”a müsahibəsində qardaşı haqqında danışdı.

  • Yuliya xanım, Dmitrinin həyat yolu barədə qısa məlumat verməyinizi istərdik. Harada böyüyüb, hansı məktəbi və universiteti bitirib? Necə insan idi?
  • Çox sağolun... O, 1995-ci ildə Bakıda anadan olmuşdu. Nəsimi rayonunda, 4-cü mikrorayonda böyüyüb. Orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Neft Akademiyasına daxil olub. Oranı bitirdikdən sonra magistraturada oxudu. Magistraturanı qırmızı diplomla başa vurdu. Çox mehriban, alicənab, şən oğlan idi. Daha sonra işləməyə başladı. Öz sahəsi üzrə çalışırdı. Bir müddət COVİD-19-la mübarizədə 1 nömrəli Modul Tipli Xəstəxanda könüllü olaraq çalışdı. Orada üç aya yaxın işlədi.

  • Valideynləriniz varmı?
  • Onun məndən savayı heç kəsi yox idi. Altı yaşında olarkən atasını, iyirmi iki yaşı olanda anasını itirmişdi...
  • Evli idi?
  • Xeyr, Dmitri ailə qurmamışdı.
  • Cəbhəyə könüllü yollanmışdı?
  • Bəli, könüllü olaraq qeydiyyatdan keçənlərə zəng olunan zaman Dmitrini də çağırdılar. Döyüşün qaynar xəttinə xidmətə yollandı.
  • Bundan əvvəl hərbi xidmətini harada keçmişdi?
  • O, bir il bundan əvvəl Goranboyda layiqincə xidmət edib, qayıtmışdı. Döyüşlər gedən zaman könüllü olaraq müraciət etdi və çağırılanda dərhal getdi.
  • Onun bu seçiminə necə reaksiya verdiniz?
  • Təbii ki, qorxurdum. Özüm də onunla Hərbi Komissarlığa getdim. O, məni sakitləşdirməyə çalışırdı ki, hər şey yaxşı olacaq. Mənə bildirdi ki, öz vəzifəmi yerinə yetirməliyəm, əgər çağırırlarsa, deməli, dövlətin mənə ehtiyacı var. Dedi ki, narahat olma, mən torpaqlarımızı işğaldan azad etməliyəm, kömək etməliyəm.

  • Dmitridə Azərbaycana bu qədər sevgi haradan yaranmışdı?
  • Ona görə ki, o, burada doğulub, Azərbaycan onun torpağıdır. Bu ölkənin çörəyini yeyib, suyunu içib, havasını udub. Biz hamımız öz doğma vətənimizi sevirik... (Ağlayır.)
  • Sizinlə vidaşalanda son sözü nə oldu?
  • Dedi ki, Yuliya, narahat olma, qələbə bizimdir, hər şey yaxşı olacaq, düşmən cəzasını alacaq.
Ülviyyə Şahin