Bulvar və parklarda maska taxaq, ya yox?
15 Fevral 2021
Ötən həftə TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayevanın yerli telekanallardan birinə açıqlaması sosial şəbəkələrdə əks-səda doğurdu. Nəzrin xanım bildirdi ki, əgər bulvarda və ya parkda yürüşə çıxmısınızsa və yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz. “Bu iş məntiqə əsaslanmalıdır. Həmin vaxt sizin maska taxmağınıza ehtiyac yoxdur. Elə bir qayda da yoxdur”, - deyə o, söyləyib.
Nazirlər Kabinetinin müvafiq qərarında isə açıq havada maska taxmağın məcburi olduğu vurğulanır. Bu səbəblə, maska taxmayan vətəndaşlar polis tərəfindn cərimələnir. Ona görə də TƏBİB nümayəndəsinin açıqlaması mübahisələrə səbəb oldu. Az sonra infeksionist öz dediklərinə düzəliş vermək zorunda qaldı:

Məsələyə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr

Elşad Hacıyev “Press Klub”a açıqlamasında qeyd etdi ki, səsləndirilən fikirlər TƏBİB-in rəsmi mövqeyi deyil:
“Bu fikirlər həmin qurumun nümayəndəsinin şəxsi fikridir. Tibbi maskalardan istifadə Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən olunub. Açıq və qapalı məkanlarda, əhalinin sıx olduğu, eləcə də bir və ya iki nəfərin olduğu ictimai yerlərdə tibbi maskaların istifadəsi məcburi xarakter daşıyır. Ona görə də cəmiyyətdə çaşqınlıq yaranmamalıdır”.
E.Hacıyev xatırlatdı ki, pandemiya hələ bitməyib:
“Qaydalara ciddi şəkildə əməl edilməlidir ki, dövlət yumşalma tədbirlərini davam etdirsin. Hər birimizdən asılıdır ki, indiyə qədər çəkilən əziyyət hədər getməsin. Tibbi maskalardan düzgün istifadə edilməsi məcburiyyəti var və bu, həm də qanunvericiliyin normasıdır. Yəni dövlətin məcburetmə tədbiridir. Əgər kimsə tibbi maskadan müvafiq yerlərdə və düzgün istifadə etmirsə, bu hal polis tərəfindən aşkarlandıqda həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görüləcək”.
Mütəxəssislər isə açıq havada yalnız əhalinin sıx olduğu yerlərdə maskanın taxılmasını vacib hesab edirlər.

“Ancaq sərbəst gəzinti zamanı - dənizkənarı bulvarda, müxəlif parklarda və bu tip başqa yerlərdə məsafə gözləməklə maskanı taxmamaq olar”.
Məntiqlə belə də olmalıdır. Yaxınlıqda başqa adam yoxdursa, niyə maska taxılsın? Amma qaydalar buna imkan vermir. Maska taxmamağa görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.
Ülviyyə Şahin