Baş infeksionist: “Əhalinin təhlükəyə reaksiyası qənaətbəxş deyil”
28 Oktyabr 2020
Koronavirus (COVID-19) infeksiyası ilə bağlı həm dünyada, həm də Azərbaycanda statistika ürəkaçan deyil. Yoluxmalar artır. Bu isə karantin rejiminin yenidən sərtləşdiriləcəyi, SMS-icazələrin bərpa olunacağı barədə söz-səhbətlərin yaranmasına səbəb olub. Elə həkimlər də bildirirlər ki, belə davam edəcəyi təqdirdə, karantin rejiminin daha da sərtləşdirilməsi qaçılmaz olacaq.
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Press Klub”a bildirdi ki, eyni vəziyyət əksər ölkələrdə müşahidə olunur:

İnfeksionistin sözlərinə görə, epidemioloji vəziyyətin dinamikasının öz qanunauyğunluqları var:
“Qəbul olunmuş bəzi sərtləşmə tədbirlərinın effektiv olub-olmamasını qiymətləndirməyin zamana ehtiyacı var. Yay aylarında hazırlıq tədbirləri çərçivəsində müvafiq çarpayı fondu da artırılmışdı, lakin yaddan çıxarmayaq ki, hazırda çarpayı fondunun bir hissəsi yaralılarımıza xidmət üçün ayrılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən artıq bir sıra sərtləşdirmə tədbirlərinə qərarlar verilib və yoluxma dinamikasının artımı davam etdikcə, bu istiqamətdə digər qərarların veriləcəyi istisna deyil”.
Mövzu ilə bağlı fikirlərini açıqlayan tibb elmləri doktoru, professor Adil Qeybulla da infeksionistin sözlərini təsdiq etdi:

Həkim hesab edir ki, avqustun sonu, sentyabrın əvvəlində virusa yoluxma sayında azalmanın müşahidə edilməsi məhz karantin qaydalarının sərtləşdirilməsi ilə bağlı olub. O, eyni zamanda da vurğuladı ki, karantin qaydalarında yenidən ciddi sərtləşmə olsa, ilin sonuna tendensiya aşağı düşə bilər.
Ülviyyə Şahin