Açıq havada maska taxmağın əhəmiyyəti nədir?
27 Noyabr 2020
Noyabrın 21-dən etibarən açıq havada maska taxmayanlar da cərimə olunur. Vətəndaşlar isə hesab edirlər ki, açıq havada maska istifadəsi immuniteti zəiflədərək daha tez virusa yoluxmamıza, oksigen çatışmazlığına səbəb olacaq. “Press Klub” mövzunu mütəxəssislərlə müzakirə edib.

“Sadaladığım yerlər insanların sıx toplaşdığı yerlərdir. Amma tutaq ki, dənizkənarı parkda o qədər çox insan yoxdur. O halda maskadan istifadə etmək çox da vacib olmamalıdır. Çünki uzun müddət maskadan istifadə hipoksiyaya səbəb olur, bronxial astma xəstələrində oksigen çatışmazlığının yaranmasına gətirib çıxarır. Yəni bunun zərərli tərəfləri çoxdur. Lakin dediyim kimi, açıq havada insanların çox olduğu yerlərdə mütləq şəkildə maskadan istifadə edilməlidir”.

“Qapalı məkanda tibbi maskadan istifadə bəlkə də nəfəs çatışmazlğına səbəb ola bilər, amma açıq havada istifadəsində qeyri-adi bir şey yoxdur. Mən özüm də istifadə edirəm. Yəni bunun insan orqanizminə təsiri yoxdur. Açıq havada 3-5 faiz havanın azalması ilə insanın immuniteti aşağı düşmür. Əksinə, hər hansı riskə girməkdənsə, maska ilə gəzib, xəstəlikdən qorumaq daha məsləhətlidir”.
Pulmonoloq İbrahim Əsədli isə qeyd etdi ki, infeksiyanın yayılmasında ikinci dalğa oldu və çox güman ki, üçüncü dalğa da olacaq:

Açıq havada maskadan istifadəyə gəldikdə isə həkim onun heç bir əhəmiyyətinin olmadığını vurğuladı:
“Hökumət bilmir daha hansı tədbirləri görsün ki, infeksiyanın qarşısını ala bilsin. Əgər əsas məqsəd insanları qorumaqdırsa, bu tədbirlər belə görülmür. Mən dəfələrlə demişəm ki, sanitar-epidemioloji tədbirlər başqa cür aparılmalıdır. İmmunitet möhkəmləndirilməlidir, dərman təminatı olmalıdır. Bir çox lazımı dərmanlar artıq bitib, tapılmır. Apteklərdə həmin dərmanlar yoxdur, çatdıra bilmirlər. Bu məsələləri həll etmək lazımdır. Ona görə də açıq havada maskadan istifadə o qədər də əhəmiyyət kəsb etməyəcək. Əlbəttə, insanların sıx toplaşdığı, növbələr olan yerlərdə hardasa, maskadan istifadənin xeyri ola bilər. Amma ümumiyyətlə, bu maskaların açıq havada taxılmasının heç bir təsiri olmayacaq”.
Ülviyyə Şahin