Logo
news content
User
Kateqoriyalar

Analitika

ABŞ səfiri Tofiq Yaqublu və Fuad Qəhrəmanlının vəkilləri ilə görüşüb

Müsavat Partiyasının və Milli Şuranın üzvü, 16-cı gündür aclıq edən Tofiq Yaqublunun vəkili Nemət Kərimli və AXCP Rəyasət Heyətinin həbsdəki üzvü Fuad Qəhrəmanlının vəkili olmuş Bəhruz Bayramov ABŞ-ın Azərbaycandakı səfirliyinin binasında səfir Li Litzenberger ilə görüşüblər.

B.Bayramov "old.pressklub.az"a bildirib ki, iki saata yaxın davam edən görüşdə Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti, siyasi məhbuslar, vəkillik fəaliyyətinə yaradılan problemlər, ombudsmanın fəaliyyəti ilə bağlı məsələlər haqda fikir mübadiləsi aparılıb. Vəkil qeyd edib ki, Tofiq Yaqublu və Fuad Qəhrəmanlının hüquqlarının müdafiəsi də diqqət mərkəzində olub.

Turqut