Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda iki universitetdə koronavirusa yoluxma halı qeydə alınıb

Ənənəvi tədrisin bərpasından sonra Azərbaycan Dillər Universitetində (ADU) səkkiz tələbədə COVID-19-a yoluxub.

Bu barədə  ADU-nun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, universitetdə hər hansısa qrupun və fakültənin distant təhsilə keçməsi ilə bağlı məsələ həqiqəti əks etdirmir.

Bundan əlavə Azərbaycan Dövlət Pedaqoji Universitetinin iki fakültəsində koronavirus aşkarlanıb.

Bu barədə Universitetin mətbuat katibi Cavid Hüseynov bildirib.

Onun sözlərinə görə, Fizika və riyaziyyat fakültəsində 1, incəsənət və fiziki tərbiyə fakültəsində isə 1 qrup koronavirus aşkarlandığına görə distant təhsilə keçib.