Logo
news content

Qonşular üçün raşizm təhlükəsi
“Rusiyanın qanuni maraqları” ilə “Almaniyanın qanuni maraqları” arasında fərq varmı?

Yel Universitetinin professoru, Şərqi Avropa, Ukrayna, Belarus, Litva, Polşa və Rusiyanın müasir tarixi üzrə ən nüfuzlu tarixçi hesab olunan Timoti Şnayder (Timothy David Snyder) hesab edir ki, başqalarına “faşist” damğası vurmağı dövlət siyasətinə çevirən Rusiyanın özü faşist dövlətidir. Professor Şnayder hesab edir ki, Rusiyanın faşist dövləti olduğunu göstərən beş əlamət mövcuddur. 

Birincisi, Hitler Almaniyasında olduğu kimi, Rusiyada bir liderə - Putinə pərəstiş var.

İkincisi, Putin rejimi imperiyanın tarixi böyüklüyü barədə əfsanələr yaradıb və bu böyüklüyün qaytarılmasını müqəddəs vəzifəyə çevirib. 

Professor hesab edir ki, ayrı-ayrı xalqlara, millətlərə və insan qruplarına qarşı nifrət Rusiyanın faşist dövləti olduğunu təsdiqləyən üçüncü dəlildir. 

Dördüncüsü, Hitler Almaniyasında olduğu kimi, Putin Rusiyasında da mənsubiyyət nişanəsini göstərən vizual rəmzlər (Z və V) mövcuddur. 

Putini dəstəkləyən kütləvi tədbirlərin keçirilməsi, güclü təbliğat maşınının mövcudluğu və imperiyanın böyüklüyü uğrunda ölənlərin pərəstiş obyektinə çevrilməsi, Şnayderin qənaətinə görə, Rusiyanın faşist dövləti olduğunu sübut edən beşinci əlamətdir. 

Professor Timoti Şnayder “Ukraynadakı müharibəsi yeni söz yaradıb” (The War in Ukraine Has Unleashed a New Word) başlıqlı məqaləsində raşizm (rus faşizmi) ifadəsinin yaranmasını ukraynalıların söz yaradıcılığının məhsulu hesab etsə də, bu ifadənin elmi əsaslandırması professorun özünə məxsusdur. Əgər professor Şnayder Putin rejiminin faşist dövləti ...

lock icon

Yazını tam oxumaq üçün