Putinin yalan vədləri və çökən Rusiya
Patruşevin qorxulu xəbərdarlığı gerçək olur
09 May 2024
Həmin fərmanla əhalinin qorunması, sağlamlığın möhkəmləndirilməsi və insanların rifahının yaxşılaşdırılması qarşıya qoyulan məqsədlərin ilk sırasında yer alaraq, prioritet vəzifə elan edilib.
Əhalinin qorunmasını əsas məqsəd elan edən Putin İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük hərbi münaqişə hesab olunan Ukraynaya qarşı müharibədə Rusiyanın hər gün yüzlərlə insan itirdiyindən sanki xəbərsizdir. Ötən ilin dekabrında Putin Ukraynaya qarşı 617 min Rusiya əsgərinin döyüşdüyünü bildirmişdi. Rusiya Müdafiə Nazirliyinin bir ay öncə, aprel ayının əvvəlində açıqladığı bir məlumatda ilin əvvəlindən aprelədək 100 mindən çox insanın orduda xidmət etmək üçün müqavilə imzaladığı, müqaviləli əsgərlərin sayının hər gün təxminən 1000 nəfər artdığı qeyd olunurdu. Müdafiə Nazirliyinin bu açıqlaması Rusiyanın üzləşdiyi fəlakətin miqyasının rəsmi sübutudur. Hər gün 1000 nəfərin müqavilə imzalaması Rusiya ordusunun gündəlik itkilərinin də bu rəqəmə yaxın, ən azı yüzlərlə olduğunu təsdiqləyir. Müstəqil jurnalist layihəsi çərçivəsində Ukraynada ölən 52 mindən çox hərbiçinin şəxsiyyəti açıq mənbələrdən müəyyən edilib. Müharibə ilə bağlı mövzuların qadağan olunduğu, bir çox hallarda cinayət məsuliyyəti doğurduğunu nəzərə alanda jurnalistlərin bütün ölüm hallarını üzə çıxara bilmədiyi aydın olur. Araşdırmanı aparan...