Logo
news content

Nizamini mənimsəyib, böyük görünmək istəyənlər…

Kiçiklik, natamamlıq kompleksindən xilas ola bilməyənlərin gözü daim başqasının
qapısında, bacasında, evində, yurdunda olar. Belə vəziyyətdə qonşularımızdan biri
ermənilərdirsə, o biri fars şovinistləridir. Farslardır niyə yazmadım? Çünki onların
arasında şovinizmdən uzaq dünyaya və hadisələr daha aydın baxmağı bacaran
aydın fikirli insanlar az deyil.

Yəni özünə məxsus olmayan torpaqda, təbii sərvətlərdə, məşhur insanlarda gözü
olmaq şovinistlərə, faşistlərə xasdır.

İran 100 ilə yaxındır panfarsçı ideologiya idarə olunur. İndiki rejim də bu
ideologiyanın quludur. İslam dini bu şovinist siyasəti pərdələmək üçün bir maskadır.
İran hakimiyyəti güneyli-quzeyli Azərbaycana, türkə münasibətini gizlətməyə çalışsa
da, buna nail ola bilmir. Tehran rejimi Güney Azərbaycan türkünün milli varlığını
görməzdən gəlir. Güney Azərbaycan torpaqlarını parçalayıb, yeni əyalətlər yaradır.
Azərbaycana, türkə məxsus yer adlarını, coğrafi adları farslaşdırır, mədəni tarixi
abidələri dağıdır, onun farslara məxsus olduğunu iddia edir.

Heydər Əliyevin 2002-ci ilin mayında Tehrana rəsmi səfəri İranın ali rəhbəri ayətullah
Seyid Əli Xamneiyə Azərbaycan türkcəsinin dövlət dili olması və bu ölkənin o vaxtkı
prezidenti Məhəmməd Xatəmiyə Xəzər dənizinin adı ilə bağlı vurduğu “şapalaq” hər
kəsin yadındadır.

Bununla yanaşı, bu şovinist hakimiyyət Azərbaycan türklərinin dahi şəxslərini də
farsların adına çıxmaq istəyir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani martın 5-də Nizami Gəncəvinin
anım həftəsinin açılış mərasimində deyib: “Fars dili məhəbbət, dostluq və irfan dilidir.
Şübhəsiz, Nizaminin özünəməxsus yeri var və onunla müqayisə oluna bilən böyük
şairlər azdır”. O, deyib ki, Nizami Gəncəvi  "indiki Azərbaycanın Gəncə şəhərində
doğulub və məzarı oradadır”. N. Kənani mənsub olduğu və daşıdığı siyasi-
ideologiyaya uyğun olaraq, Gəncəni “İran şəhəri” Nizami Gəncəvini isə “fars şairi”
adlandırmaqdan özünü saxlaya bilməyib.

Tədbirdə İranın bir qrup fars dili və ədəbiyyatı üzrə alimləri, mədəniyyət idarələrinin
rəhbərləri, xarici ölkələrin səfirləri də iştirak edib. Tədbirə qatılan Tacikistanın
Tehrandakı səfirliyinin mədəniyyət müşaviri Müzəffər Məhəmmədi də Nizami
Gəncəvini  "fars şairi" adlandıraraq, deyib: “Nizami Gəncəvi ədəbiyyat aləmində
“Xəmsə” poemasını yazmış ən böyük fars şairlərindən biridir”.

Bu yerdə “Yalançının kor şahidi yanında olar”, “Axsaq atın kor nalbəndi” atalar
sözləri yerinə düşür. Yaxud, elə “İlanın ağına da, qarasına da lənət”i də demək
uyğundur. Çünki Nasiri və Məhəmmədi kimilərinin su içdikləri ideologiya Firdovsinin
“Şahnamə” adlı antitürk nağıllarıdır.

Bu nağıllar toplusu Sultan Mahmudun sifarişi ilə yazılıb. Sultanla müəllif arasında
münasibət də tarixin bir səhifəsidir. Türkə qarşı haqsızlıq edən Firdovsiyə Sultanın
qızıl, yaxud gümüş pulları qismət olmur. Buna taleyin ironiyası deyərlər...
Xamnei, Xatəmi, Qulaməli Həddad, XİN rəsmisi, pəhləvilər, Firdovsi, Tacikistan
səfirliyinin nümayəndəsi... bunlar hamısı bir qabdan su içdikləri üçün eyni xəstəliyə
yoluxublar. Bunu Paşinyan, Sarqsyan, Koçaryan, Kaputikyan, Balayan, Njde,
Andranik və başqalarının türk düşmənliyi ilə tutuşdurmaq da olar. Nəticə - hər ikisi bir
bezin qırağıdır.

Fars və erməni faşizmi bir mahiyyət daşıyır – türk düşmənliyi. Ermənilər indiki
Ermənistana, Azərbaycanın qədim tarixi torpaqlarını yerləşdirildikdən sonra fars
şovinistlərinin Güney Azərbaycan, yaxud İran ərazisində törətdikləri saxtakarlığı ediblər. Onlar bunu 30 il işğal altında saxladıqları Qarabağ və ətraf rayonlarda da etmişdilər...
Bu günlərdə Erməni Problemlərinin Araşdırılması Mərkəzinin (HOOSK)
yaradılmasının 40 illiyi, Daşnaksütyun Partiyasının yaranmasının 132-ci ildönümü də
Tehranda qeyd edilib. Martın 3-də bu milli komitənin təşkilatçılığı ilə keçirilən
“Ermənistan, Artsax və dəyişən region” adlı 14-cü konfrans keçirilib. Bu kimi
məsələlərin əlavə şərhə ehtiyacı yoxdur.

Panfarsçılar İsrailin İran hakimiyyətindən Azərbaycana daha yaxın olduğunu
xatırlatdılar. Ötən ilin yayında İsrailin Azərbaycandakı səfiri Corc Dik tvitter
səhifəsində Nizami Gəncəvi ilə bağlı paylaşım etmişdi: "Böyük Azərbaycan şairi və
filosofu Nizami Gəncəvinin yaradıcılığından bəhs edən bu gözəl kitabı oxumaq üçün
səbirsizlənirəm”.

Corc Dik  Azərbaycanın qədim şəhəri Təbrizin tarixi və incəsənətindən bəhs edən
"Təbrizin sehrli nağılları" kitabı ilə bağlı paylaşım etmişdi.
Panfarsçılara, yaxud onların tayı olan ermənilərə türk tarixi, dahiləri və başqa
məsələləri barədə mübahisə açmaq, onlara gerçəyi başa salmaq kimi bir cəhdimiz
yoxdur. Çünki onların milli tərbiyəsi naqisdir. Belə düşüncənin daşıyıcıları heç kimi
sevmir.

Panfarsçılarla ermənilərin eyni xislətin daşıyıcı olduğunu bu ilin yanvarında İsraildə
“Ağlama divarı” yaxınlığında baş verən hadisə də isbatlayır. Ora ziyarətə getmiş
ermənilər iddia edib ki, İsrail onlara məxsusdur. Gevorq Kaxkecyan adlı erməni
deyib: “Bura – İsrail bizim ölkəmizdir, bura evimizdir”.

Mədəni, mənəvi baxımdan kiçiklər böyük ola bilməz. Onların gözü həmişə böyüklərin
qapısında, əlində, qulaqları isə divarında olur. Panfarsçılarla ermənilərin göz və
qulağı türklərin əlində, qapısında və divarında olduğu kimi...