Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zəlzələ nəticəsində Suriyada 400-dən çox adam ölüb

Türkiyədə baş verən zəlzələdən sonra qonşu Suriyada da ölən və yaralananların sayı artır.

Suriya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, zəlzələdə ölənlərin sayı 430-a çatıb.

Təbii fəlakət zamanı 1300-dən çox insanın yaralandığı bildirilir.

***

Türkiyədə baş verən güclü zəlzələ Suriyanın şimal bölgələrində də fəsadlara səbəb olub.

Pressklu.az "Reuters"ə istinadla xəbər verir ki, dağıntılar ölkənin əsasən Hələb və İdlib bölgələrində qeydə alınıb.

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 100-ü keçib. Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb. 400-ə yaxın adam dağıntıların altından çıxarılıb.