Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski və Bayden telefonla danışıblar: Mövzu Rusiyadakı vəziyyət olub

Ukrayna Prezident Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığı aparıb. Danışıq zamanı bir sıra məsələlər, o cümlədən Rusiyadakı vəziyyət müzakirə edilib.

Bu barədə Ukrayna Prezidentinin teleqram kanalı xəbər verir.

"ABŞ Prezidenti Cozef Baydenlə danışdım. Müsbət və ruhlandırıcı söhbət oldu. Hərbi əməliyyatların gedişini, Rusiyada gedən prosesləri müzakirə etdik. Beynəlxalq asayiş bərpa olunana qədər dünya Rusiyaya təzyiq etməlidir", - Zelenski vurğulayıb.

Zelenski söhbət zamanı Baydenə Ukraynaya göstərdiyi güclü dəstəyə, xüsusən “Petriot”lara görə təşəkkür edib.

"Ukraynanın səmasını qorumaq qabiliyyətini daha da gücləndirmək vacibdir. Bu kontekstdə mən də qırıcı koalisiyaya verdiyi dəstəyə görə təşəkkür etdim. Biz uzunmənzilli silahlara diqqət yetirməklə müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsini müzakirə etdik", - Ukrayna Prezidenti bildirib.

O əlavə edib ki, Birləşmiş Ştatlar və Amerika xalqının beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bütün ərazilərimiz tam azad olunana qədər Ukrayna ilə yan-yana olmağa hazır olduğuna görə minnətdardır.

“Biz NATO-nun Vilnüs sammiti ərəfəsində mövqelərimizi razılaşdırdıq, Ukrayna sülh formulasının həyata keçirilməsi üzrə işin davam etdirilməsi və Qlobal Sülh Sammitinə hazırlıq məsələlərini müzakirə etdik”, - Zelenski qeyd edib.